среда, 16 декабря 2009 г.

TƏLƏBƏ-JURNALİST ALİ MƏKTƏBDƏN QOVULA BİLƏR

TƏLƏBƏ-JURNALİST ALİ MƏKTƏBDƏN QOVULA BİLƏR

Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) “Neft Mexanika” fakultəsinin 4-cü kurs tələbəsi və Poliqon İnformasiya Agentliyinin (pia.az) Elmin Bədəlovun təhsil aldığı ali məktəbdən qovulma problemi yaranıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna E. Bədəlovun özü məlumat verib. O bildirib ki, kurs layihəsinin yerinə yetirilməsində problem yaranıb: “AZNEFTKİMYAMAŞ ASC(Azinmaş Zavodu) rəhbərliyi işlərinin çoxluğu və arxivin işləmədiyini bəhanə edərək mənə lazım olan materialı verməkdən imtina edirlər”.

Azinmaş Zavodunun direktoru Rafiq Qurbanov isə RATİ-yə bildirib ki, ADNA-dan onlara tələbələrin kurs layihəsi ilə bağlı hər hansı bir müraciət edilməyib. R. Qurbanov həmçinin qeyd edib ki, E. Bədəlova lazım olan material zavodda yoxdur: “Mən özüm həmin tələbəyə bildirmişəm ki, mövzusunu dəyişdirsin, biz də ona lazım olan köməkliyi göstərək”.

Qeyd edək ki, tələbə-jurnalist Elmin Bədəlov bir müddət bundan öncə təhsil aldığı Akademiyada baş verən rüşvət hallarını işıqlandırdığına görə ADNA rəhbərliyi tərəfindən təzyiqə məruz qalmışdı.